Planetin iki təcavüzkarı və zəhərli adamı
20 Dekabr 2022
Rusiya prezidenti Vladimir Putin Minskdə Belarus prezidenti Alyaksandr Lukaşenka ilə görüşüb.
Rusiyanın Meduza qəzetinin verdiyi xəbərdə deyilir ki, iki prezidentin geniş heyətdə görüşü iki saat yarımdan çox çəkib.
Rusiya nümayəndə heyətinə xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu daxidirlər.
Rəsmi məlumata görə Minsk və Moskva “ikitərəfli əməkdaşlığı” müzakirə ediblər.
Putinin sözlərinə görə “müzakirələr bütünlükdə dünyada və ayrıca bizim regionda formalaşan hazırkı vəziyyət nəzərə alınmaqla” keçirilib.
Görüşdən sonra keçirilən mətbuat konfransında nə Putin, nə də Lukaşenka Ukraynada gedən müharibədən bircə dəfə də olsun birbaşa danışmayıblar.
Amma Rusiya prezidenti qeyd edib ki, Rusiya və Belarus birgə hərbi təlimlər praktikasını davam etdirmək, yeni hərbi texnikanın birgə yaradılmasıvə vahid qaz bazarının yaradılması proqramını tamamalamaq barədə razılığa gəliblər.
Putin görüşü “məhsuldar” adlandırıb.
Putinin sözlərinə görə o Belarus Respublikasının döyüş təyyarələri ekipajlarının hazırlanmasını mümkün hesab edir.
O deyib ki, bu təlimlər “artıq göy-göy tipli xüsusi döyüş başlıqlı sursatlardan istifadə üçün modifikasiya olunmuş təyyarələrdə” keçirilə bilər.
Putin “xüsusi döyüş başlıqlı” ifadəsinin mənasını izah etməyib.
Lukaşenka isə ona və Putinə dünyada olan münasibətdən söz açıb:
“Biz ikimiz həmtəcavüzkarıq. Bu planetdə ən ziyanlı, ən zəhərli adamlarıq. Aramızda bircə mübahisə var. Hansımız daha çox... Vladimir Vladimiroviç deyir ki, bu mənəm. Mənsə fikirləşməyə başlamışdım ki, bu odur. Biz də qərara gəldik ki, birlikdə, eyni cür...”
Alyaksandr Lukaşenka deyib ki, Rusiya Belarusa S-400 hava hücumundan müdafiə sistemləri, Iskander raketləri verib və bunlar artıq “döyüş növbətçiliyinə qoyulub.
Putin və Lukaşenka müntəzəm qaydada görüşürlər. 2022-ci ilin əvvəlindən Lukaşenka Rusiyaya yeddi dəfə səfər edib. Daha bir neçə görüş beyəlxalq forumların çərçivəsində başqa ölkələrdə olub.
Putinin Minskə bundan əvvəlki səfəri 2019-cu ildə olub.
Ukrayna hakimiyyəti enerji və digər infrastrukturuna Rusiyanın kamikadze dronları ilə zərbələr endirdiyini bildirir. Kiyev və ətraf rayonlara zərbələr dekabrın 19-da səhər gerçəkləşdirilib.
İlkin məlumatlara görə, ölüm halı qeydə alınmayıb, iki nəfər yaralanıb. Kiyev vilayətindəki hərbi administrasiya hücumda 20-dən çox İran istehsalı drondan istifadə olunduğunu bildirib.
Havadan müdafiə sistemlərinin dronlardan 15-ni vurduğunu xəbər verilir. Sübh çağı Kiyev ətrafında hava həyəcanı eşidilib.
Rusiyanın Ukraynaya hücumu artıq onuncu aya keçib. Rusiya Ukrayna boyunca enerji infrastrukturuna kruiz raketləri və İran istehsalı dronlarla zərbələr endirir. İşğalçının məqsədinin ukraynalılara soyuq qışda çətinliklər yaratmaq, əhalini ruhdan salmaq olduğu görünür.
Rusiya ötən həftə Kiyevi və Ukraynanın digər şəhərlərini raket və dron atəşinə tutub. Ukrayna rəsmiləri infrastrukturu bərpa etməyə çalışır, Qərbdən yardım, generatorlar, elektrik enerjisi avadanlığı, həmçinin müasir havadan müdafiə sistemləri istəyir.
İşğalın tempi nisbətən səngiyib, Rusiya qüvvələri 10 ayda üç böyük geriləmə ilə üzləşiblər. Hazırda ən ağır döyüşlərin şərqi Donbas vilayətində, Baxmut şəhəri yaxınlığında getdiyi deyilir.

“Planetin ən zəhərli iki adamı”

Kiyev dronlarla vurulub
Ukrayna hakimiyyəti enerji və digər infrastrukturuna Rusiyanın kamikadze dronları ilə zərbələr endirdiyini bildirir. Kiyev və ətraf rayonlara zərbələr dekabrın 19-da səhər gerçəkləşdirilib.
İlkin məlumatlara görə, ölüm halı qeydə alınmayıb, iki nəfər yaralanıb. Kiyev vilayətindəki hərbi administrasiya hücumda 20-dən çox İran istehsalı drondan istifadə olunduğunu bildirib.
Dronlardan 15-i vurulub