PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb
26 Oktyabr 2025
PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.
Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.
Bundan əlavə, PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq. Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.
Beləliklə, lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.