Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK İstanbul terroruna görə məsuliyyəti üzərindən atdı

PKK İstanbulda baş verən terror aktında iştirakını rədd edib.

Bu barədə “Rudaw” xəbər yayıb.

“PKK Taksimdə, İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi olmadığını bəyan edib”, - deyə kürd telekanalı bildirib.

Xatırladaq ki, İstanbulda terror aktı bazar günü həyata keçirilib. İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralananlardan 50 nəfər artıq evə buraxlıb, 31 nəfər xəstəxanadadır. Onlardan 2 nəfərinin ağır vəziyyətdə olduğu bildirilir.

Polis bomba yerləşdirməkdə şübhəli bilinən şəxsi həbs edib. İstanbul polisinin məlumatına görə, hücumu həyata keçirən qadın kürd silahlıları tərəfindən təlim keçdiyini bildirib. Suriya vətəndaşı Türkiyədə terrorçu sayılan Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə olduğunu etiraf edib.