Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pike futbolla vidalaşır

İspaniya millisinin və "Barselona"nın futbolçusu Jerar Pike peşəkar karyerasını bitirir.

Bu barədə 35 yaşlı müdafiəçinin özü sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu bildirib ki, "Almeriya"ya qarşı La Liqanın XIII tur matçı onun həm karyerasında, həm də Kataloniya təmsilçisində sonuncu görüşü olacaq: "Barselona" azarkeşləri mənə hər şeyi verdiniz.Bir uşağın xəyalları gerçəkləşdi, artıq bu səhifəni bağlamağın vaxtıdır. Demişdim ki, başqa komandada oynamayacağam. Elə də olacaq. Bu şənbə "Kamp Nou"da son matçıma çıxacağam".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Jerar Pike karyerası ərzində İngiltərənin "Mançester Yunayted" və ölkəsinin "Real Saraqosa" klublarında da çıxış edib.