Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian və Paşinyan Türkiyədədirlər

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Bu barədə Ermənistan hökumətinin başçısı öz "Telegram" kanalında bildirib.

Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər zamanı Ermənistanın Baş nazirinin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə gedib.

İran Prezidenti Məsud Pezeşkian da Türkiyəyə səfər edib.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Pezeşkian Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər çərçivəsində onun ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.