Dövlət büdcəsinin profisiti 5 milyard manata yaxınlaşıb
11 Noyabr 2026
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat, xərcləri 28 milyard 761,4 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1 % və 3,8 % çoxdur.
Son nəticədə büdcədə 4 milyard 808,2 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,3 % çoxdur.