Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni sülhlə həll etmək üçün hökumətə səlahiyyət verib
03 Noyabr 2026
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlar prosesində hökumətə səlahiyyət verib.
ISNA-nın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, çətinlikləri danışıqlar yolu ilə həll etməyə çalışdıqlarını, Ali Rəhbərin bu sahədə hökumətə səlahiyyət verdiyini qeyd edib.
Pezeşkian “İranın təslim olmayacağını, qarşı tərəfin həddi aşan tələblərinin və yalanlarının qarşısında geri çəkilməyəcəyini” vurğulayıb.