Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peter Mixalko Azərbaycanı tərk edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı keçmiş səfiri Peter Mixalko diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, diplomat Azərbaycanı bu gün səhər saatlarında tərk edib.

Bundan əvvəl Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanda dörd illik diplomatik xidmətini başa vurmuş səfir Peter Mixalko ilə vidalaşıb.

Bu barədə nümayəndəlik məlumat yayıb.

"Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsinə göstərdiyi fədakarlıq və töhfəyə görə ona dərin minnətdarlığımızı bildiririk. Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün, həqiqətən də, darıxacağıq",- məlumatda qeyd olunub.