Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: “Ukraynanın böyük şəhərlərinin tutulmasını istisna etmirik”

Rusiya Müdafiə Nazirliyi Ukraynada iri yaşayış məntəqələrinin tam nəzarətə götürülməsini istisna etmir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Müdafiə Nazirliyi mülki əhalinin maksimum təhlükəsizliyini təmin etməklə yanaşı, humanitar təxliyə üçün istifadə edilən zonalar istisna olmaqla, bu gün praktiki olaraq mühasirədə olan iri yaşayış məntəqələrinin tam nəzarət altına alınması imkanını istisna etmir”, Kremlin sözçüsü vurğulayıb.

O, həmçinin bildirib ki, Moskva öz bəyanatları ilə Rusiyanı dinc əhalinin ölümünə görə məsuliyyət daşıması üçün Ukraynanın iri şəhərlərinə basqın etməyə sövq edən ABŞ və Avropa İttifaqının mövqeyini təxribatçı hesab edir.