Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov şərti açıqladı: “Rusiya nüvə silahından o halda istifadə edə bilər ki...”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, əgər ölkənin mövcudiyyətinə təhlükə yaransa, Rusiya nüvə silahından istifadə edə bilər.

O, CNN telekanalının efirində deyib: “Bizim milli təhlükəsizlik konsepsiyamız var və o, gizli deyil. Siz açıq şəkildə olan bu sənəddə hansı hallarda nüvə silahından istifadə edilə bilinəcəyini oxuya bilərsiniz. Yəni, ölkənin mövcudiyyətinə təhlükə yaransa, bizim konsepsiyaya uyğun olaraq ondan istifadə etmək olar. Bu mətndə qeyd edilən başqa səbəb yoxdur”.

Xatırladaq ki, Vladimir Putin fevralın 27-də nüvə qoşunlarının xüsusi növbətçilik rejiminə keçirilməsi ilə bağlı əmr verib. Martın 2-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, üçüncü dünya müharibəsi olsa, o, nüvə müharibəsi olacaq. Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Putin nüvə silahı barədə danışanda dünyanı qorxutmağa çalışır, amma bunu etməyə cürəti çatmaz.