Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: Putin-Tramp-Zelenski sammiti yalnız danışıqların sonunda keçirilə bilər

“Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə sammit yalnız əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi məqsədilə keçirilə bilər”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, bu razılaşmaların əldə edilməsi primitiv sövdələşmə deyil, olduqca mürəkkəb prosesdir.

“Putin-Tramp-Zelenski sammitinin keçirilməsi təklifi çoxdan səsləndirilir. Dövlət başçımızın mövqeyini yaxşı bilirsiniz: belə görüş yalnız razılaşmaların rəsmiləşdirilməsi üçün mümkündür. Razılaşmalar isə heç də primitiv sövdələşmə deyil, çox sayda detaldan ibarət mürəkkəb nizamlanma prosesidir”, – Peskov vurğulayıb.

O həmçinin vurğulayıb ki, prezidentlərin bütün məsələləri müzakirə etmək üçün görüşməsi mənasızdır. Onun sözlərinə görə, bu səviyyədə yalnız razılaşmaların yekunlaşdırılması mümkündür.

Peskov onu da əlavə edib ki, Kiyev tərəfi məhz real nizamlanma prosesi ilə məşğul olmaq istəmir.