Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: “Müdafiə nazirinin işləri çoxdur, ona görə yoxa çıxıb”

Kreml KİV-lərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səhhətində problemlər olması ilə bağlı yayılan xəbərləri təkzib edib və onun "yoxa çıxması"nı Ukraynada “xüsusi hərbi əməliyyat” komandanlığında iştirakı ilə izah edib.

“Müdafiə nazirinin indi anladığınız kimi, işləri çoxdur. “Xüsusi hərbi əməliyyat” gedir. Təbii ki, indi onun mediada aktivliyi üçün vaxtı yoxdur. Bu, tamamilə başa düşüləndir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə bildirib.

Peskov KİV-də Şoyqunun səhhətindəki problemlər barədə yayılan məlumatlara inanmamağa çağırıb: “Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.

Bundan əvvəl bəzi KİV-lər Sergey Şoyqunun martın 11-dən bəri ictimai məkandan "yoxa çıxması" barədə məlumat yayıb.