Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov: “Müasir dünyada Ərdoğan qədər müstəqil siyasətçi azdır”

“Müasir dünyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qədər öz qərarlarını verməkdə müstəqil siyasətçi azdır”.

Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının “Moskva, Kreml, Putin” proqramına müsahibəsində bildirib.

"Sözsüz, hamı amerikalıların dəhşətli təzyiqi altındadır. Heç də bütün ölkələr öz suveren mövqelərini aydın şəkildə müəyyən etməyə güc tapmır. Bu baxımdan, əlbəttə ki, müasir siyasi Olimpdə Ərdoğan kimi çox az adam var", - Peskov vurğulayıb.

Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir:

“Bu məsələdə bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə "yox”.