Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peruda hakimiyyət dəyişikliyi: Prezident istefaya göndərildi və saxlanıldı - FOTO/VİDEO

Peruda prezidentin hakimiyyətdən kənarlaşdırılması prosesi baş verib. Parlamenti Prezident Pedro Kastillonun istefasına səs verib.



Bu barədə RPP radiostansiyası məlumat yayıb.

Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

Bundan əvvəl Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

O, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.



Prezident məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.

Peru polisi isə parlamentin tərəfini tutaraq, prezidentlikdən uzaqlaşdırılan Pedro Kastillonu saxlayıb.

"El Comercio" qəzetinin məlumatına görə, o hazırda paytaxt Limadadır.

 



Peru Prezidenti Pedro Kastillo üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

ABŞ Dövlət Departamenti isə bildirib ki, P.Kastilonun impiçmenti ilə əlaqədar Vaşinqton onu keçmiş dövlət başçısı kimi qəbul edir.

Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü dövlət başçısı kimi and içib.

TASS xəbər verir ki, andiçmə mərasimi parlamentin tviter səhifəsində canlı yayımlanıb.



"Tanrının, vətənin və bütün peruluların adına and içirəm ki, Peru Konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm respublika prezidenti vəzifəsini bu gündən 2026-cı il iyulun 26-na qədər vicdanla yerinə yetirəcəyəm", - o deyib.