Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon Putinin sözçüsünün “nüvə bəyanatına” reaksiya verdi

Nüvə silahından istifadənin mümkünlüyü barədə Moskvanın son ritorikasını Pentaqon təhlükəli adlandırıb. “Məsuliyyətli nüvə ölkəsi belə davranmamalıdır”, - deyə ABŞ hərbi idarəsinin nümayəndəsi Сon Kirbi bildirib.

Kirbi qeyd edib ki, Pentaqonun vəzifəli şəxsləri bu məsələdə “strateji baxımdan öz mövqelərini dəyişmək barədə rəyə gəlmək üçün” hələlik səbəb görmürlər. “Biz hər şeyə yaxşı nəzarət edirik”, o əlavə edib.

Bildirildiyi kimi, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi öz ölkəsinin Ukraynada indiyədək heç bir hərbi məqsədə nail olmadığını etiraf etmişdi, amma eyni zamanda Moskvanın nüvə silahına əl ata biləcəyini də istisna etməmişdi. Putinin hansı halda Rusiyanın nüvə potensialdan istifadə edəcəyi barədə suala cavabında o demişdi: “Əgər bizim ölkənin varlığına təhlükə yaranarsa, bu da ola bilər”.