Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon: “Putinin müharibəni bitirmək niyyəti yoxdur”

Pentaqonun sözçüsü Con Kirbi Ukrayna ilə Rusiya arasında davam edən müharibəni dəyərləndirib.

Kirbi bu haqda Türkiyə mətbuatına açıqlama verib.

O, rusların səylərini daha kiçik bir coğrafi ərazidə cəmlədiyini və bir çox hallarda qeyri-qanuni işğallar etdiklərini söyləyib.

Sözçü qarşıdurmaların uzanmasını gözlədiklərini və Putinin müharibəni bitirmək niyyətinin olmadığını bildirib.