Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon Putini fiziki olaraq məhv etməklə hədələyib?

“Pentaqonun bəzi “adı açıqlanmayan rəsmiləri” Kremli “öldürücü zərbə” vuracaqları ilə hədələyiblər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

O bildirib ki, Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) "adı açıqlanmayan məmurlar"ın Kremli "öldürücü zərbə" endirməklə bağlı bəyanatları əslində Rusiya Prezidenti Vladimir Putini fiziki olaraq məhv edilməsi təhlükəsindən danışır.

S.Lavrov söyləyib ki, söhbət Rusiya dövlətinin başçısının fiziki məhv edilməsi təhlükəsindən gedir: “Kimsə, həqiqətən, bu barədə düşünürsə, o, belə planların mümkün nəticələri barədə də düşünməlidir”.

Qeyd edək ki, sentyabrın sonunda “Newsweek” jurnalında nəşr olunan məqalədə müəlliflər hərbi mənbəyə istinadən qeyd ediblər ki, ABŞ Rusiyanın nüvə silahından istifadə etməsi halında mümkün cavab variantlarını nəzərdən keçirir. Mənbələrdən biri bu variantlar sırasında Kremlə sözügedən zərbəni endirməyi nəzərdə tutub.