Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pentaqon: Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir.

Kristofer Qreydi  Azərbaycanı regionda ABŞ-ın mühüm tərəfdaşı adlandırıb.

Xatırladaq ki, Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir.

Səfər zamanı nümayəndə heyətinin "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.