Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peleyə diaqnoz qoyulub

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Peledə tənəffüs yolu infeksiyası aşkar edilib, vəziyyəti stabil olaraq qalır.

Bu barədə San-Pauludakı Albert Eynşteyn xəstəxanasının tibbi rəyinə istinadən “Reuters” məlumat yayıb.

Onun vəziyyətinin stabil olduğu qeyd edilib.

Bildirilib ki, Pele müalicəsi üçün bir neçə gün xəstəxanada qalacaq.

Pelenin xəstəxanaya yerləşdirilməsi barədə çərşənbə günü ESPN xəbər verib.