Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pelenin səhhəti nicbətən yaxşılaşıb

Əfsanəvi futbolçu Pelenin həkimləri xəstəxanaya yerləşdirilən braziliyalının səhhətinin yaxşılaşdığını bildiriblər.

Bu haqda üçqat dünya çempionunun müalicə olunduğu klinika bəyanat yayıb.

“Xəstənin vəziyyəti getdikcə yaxşılaşır, lakin onun nə vaxt evə buraxıla biləcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, Pele ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib. Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.