Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pele yenidən xəstəxanaya yerləşdirilib

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.

ESPN xəbər verir ki, əfsanəvi forvardda çoxsaylı ödem aşkarlanıb. Ona həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub.

Bildirilib ki, Pelenin son aylar ərzində keçirdiyi kimyəvi terapiya onun bədənindəki şişlərə heç bir təsir göstərməyib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.