Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pekin-2022: Azərbaycan təmsilçisi 18-ci yer tutdu

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.

21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb. İdmançımız yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.

Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xala layiq görülüb.

Olimpiya çempionluğunu 332,60 xalla ABŞ-ı təmsil edən Netan Çen qazanıb. Yaponiyalı Yuma Kaqiyama (310,05) ikinci, onun həmyerlisi Uno Şoma (293,00) üçüncü olub.