Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pavel Durov Paris küçələrində... - FOTOLAR

Fransada məhkəmə nəzarəti altında həbsdən azad edilən teleqram sosial şəbəkəsinin qurucusu Pavel Durov Parisdə Yelisey meydanında gəzərkən görüntülənib.

Bu barədə “Paris Match” məlumat yayıb.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.