Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın impiçmenti tələb edilib - VİDEO

Ermənistan Parlamentinin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq keçirilib.

Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, bir sıra müxalifət qüvvələrinin nümayəndələri iştirak ediblər.

Nümayişçilər sentyabrın 14-ü səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri də Parlament  binasının yaxınlığında gecələmək qərarına gəliblər.

Bu gün Ermənistan parlamenti növbəti sessiyası çərçivəsində işini davam etdirəcək, hökumət saatı da nəzərdə tutulub.