Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın ailə qəzeti Rusiyanın planlarından bəhs edən məqalə dərc edib

Rusiya Ermənistandan da Ukraynadan istədiyini, daha dəqiq isə, Ermənistanın "Rusiya-Belarus" ittifaq dövlətinin bir hissəsi olmasını istəyir.

Moskva Ukraynaya münasibətdə Rusiya və Belarus qoşunlarından istifadə edir, Ermənistana münasibətdə isə Azərbaycanda və Ermənistanda yerləşən Rusiya qoşunlarından istifadə edir. Bu barədə oktyabrın 4-də "Aykakan jamanak" qəzetində dərc edilmiş redaksiya məqaləsində deyilir. Qəzetin redaktoru Anna Akopyan Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşıdır.

Moskva Ermənistanın "Rusiya-Belarus" ittifaq dövlətinin tərkibinə daxil edilməsini xahiş etməsi üçün onun zəif olduğunu göstərməyə çalışır. Azərbaycanın təcavüzü fonunda Rusiyanın Ermənistandakı hərbi bazasının hərəkətsizliyi və Rusiyadan Ermənistana silah tədarükünün dayandırılması məhz bununla izah olunur.

Rusiyaya Qarabağda münaqişənin həll edilməmiş olaraq qalması lazımdır ki, ondan Ermənistana və Azərbaycana təzyiq vasitəsi kimi istifadə etsin.

44 günlük müharibənin səbəbi ondadır ki, Rusiya Türkiyənin rolunun güclənməsi və Azərbaycan vasitəsilə Rusiyanın əsas ticarət tərəfdaşına çevrilmiş Türkiyəyə gedən nəqliyyat yollarının açılması zərurəti ilə əlaqədar artıq status-kvonu qoruyub saxlaya bilmirdi.

Moskva Ermənistan ərazisindən keçən dəhlizdə maraqlı olan əsas tərəfdir və bu dəhlizin onun nəzarəti altında olmasını istəyir. Ukraynada uğursuzluqlardan sonra bu nəqliyyat dəhlizinin əhəmiyyəti artıb, buna görə Aİ ölkələrinə qaz və neft ixracı daxil olmaqla, Türkiyə və Azərbaycanın Rusiya tranziti üçün rolu hədsiz dərəcədə artıb, deyə məqalədə qeyd edilir.