Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyana çətir tutan Putin: "İrəvanla Bakı arasında münaqişəyə son qoyulmalıdır"

Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlərlə bağlı Rusiyanın layihəsində təklif edilən Dağlıq Qarabağ üzrə yanaşmalar Ermənistan üçün məqbuldur. Bu barədə bazar ertəsi Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

O, bugünkü görüşün yekunlarına dair üçtərəfli bəyanatda bu sənədə istinad ediləcəyinə ümidvar olduğunu bildirib.

“Ermənistan bunu təklif edib, lakin hələ də Rusiya Federasiyasının bu təklifi dəstəklədiyinə dair heç bir təsdiq yoxdur. Qeyd etmək istəyirəm ki, bu, Praqada əldə olunmuş razılaşmalara zidd deyil. Praqa danışıqları zamanı diqqətimi sizin Dağlıq Qarabağa dair açıq bəyanatlarınıza yönəltdim”, - Paşinyan deyib.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin deyib ki, Qarabağ ətrafında münaqişə onilliklərdir ki, davam edir, buna son qoyulmalıdır.

O qeyd edib ki, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatının inkişafına töhfə verə bilər.