Paşinyan: Türkiyə Ermənistana mal ixracına dair tələbləri dəyişdirəcək
13 May 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistana mal ixracının rəsmiləşdirilməsi qaydalarını dəyişdirəcəyini bəyan edib.
Bu barədə Ermənistan mediası xəbər verir.
Onun sözlərinə görə, əvvəllər Türkiyə mallarının birbaşa Ermənistana göndərilmək üçün rəsmi qaydada sənədləşdirilməsi mümkün deyildi. Buna görə də onlar üçüncü ölkələrə göndərilir, sonra isə Ermənistana çatdırılırdı.
"Ermənistanda Türkiyə istehsalı olan mallar çoxdur var və bu, əlavə proses idi: bu mallar başqa ölkəyə aparılır, emal edilir, sonra isə Ermənistana tədarük edilirdi", - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, indi Türkiyə sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək.