Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Sülh müqaviləsi dövlətçiliyimizin uzunömürlülüyünün təməlini qoyacaq

Yaxın vaxtlarda Ermənistan diqqətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına cəmləməlidir.

Ermənistan mediası xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"Mən belə fikirləşirəm: yaxın vaxtlarda biz diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası işinə cəmləməliyik. Və bu baş verəndə biz təsdiq edə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq", - Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bəyan edib.