Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Putinlə danışlb, Ermənistan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə ediblər.

Bu barədə Ermənistan hökumətindən bildirilib.

N.Paşinyan vurğulayıb ki, erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına ziddir. O, həmçinin bu məsələlərin həlli üçün tədbirlər görməyə çağırıb.

Məlumatda bildirilib ki, N.Paşinyan ölkə hökumətinin bu məsələləri açıq, tərəfdaşlığa əsaslanan və dostluq dialoqu vasitəsilə həll etməyə hazır olduğunu vurğulayıb.

Bundan əlavə, Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsinə də toxunub: "Referendumun keçirilməsi Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməsindən sonra mümkün olacaq".

Bununla yanaşı, Kremlin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub: "Ermənistanda mümkün qədər qısa müddətdə Aİ-yə daxil olmaq və ya bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq barədə ümumxalq referendumunun keçirilməsi zərurəti vurğulanıb".