Paşinyan: Parlament seçkiləri Ermənistanın gələcəyini müəyyən edəcək
27 Oktyabr 2025
Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ölkənin gələcək inkişafını müəyyən edəcək.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"İyunda parlament seçkiləri bir əsas suala cavab verəcək - Ermənistan xalqı sülhə bağlılığını təsdiqləyəcəkmi? Əks halda, ölkə münaqişəyə və forpost məntiqi ilə düşünməyə sürüklənmək riskini daşıyır", - o qeyd edib.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.