Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan mövqeyindən geri çəkildi: Dediklərini təkzib etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin müəyyən sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

“Mən heç bir sənəd imzalamamışam, planlaşdırılmayıb, hətta mənim masamın üstündə belə bir layihə yoxdur”, - Paşinyan bildirib.

Xatırladaq ki, bundan əvvəl o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.

“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə Paşinyan bəyan edib.