Paşinyan Moskvada parada getməyəcək
08 May 2026
Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada parada getməyəcək.
Ermənistan mediasının xəbərinə görə, o, bu barədə bu gün jurnalistlərə bildirib.
Paşinyan seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib.
Baş nazir Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də bununla bağlı məlumatlandırdığını qeyd edib.