Paşinyan: "KTMT ilə münasibətlərimiz geridönüş nöqtəsini keçib"
04 Dekabr 2024
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkün olur.
Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib. Ermənistan özünü KTMT-dən kənarda hesab edir, bununla yanaşı, həmkarlara hörmət əlaməti olaraq təşkilat ölkələrinin qəbul etdiyi qərarlara mane olmur", - o qeyd edib.