Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan KTMT bəyannaməsini imzalamaqdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Ermənistanın Baş naziridar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib.

“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.