Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan gecədən qapı-qapı düşüb: Putin, Makron və Blinkenə zəng

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər. N.Paşinyan gərginliyin davam etdiyini, amma nisbi sakitliyin əldə olunduğunu söyləyib.

ABŞ dövlət katibi Ağ evin regionda sülhü təmin etməyə hazır olduğunu deyib.

Bundan əvvəl Ermənistan Baş naziri Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Putinlə danışıq zamanı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə edilib.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan baş naziri Rusiya prezidentinə gecədən xeyli keçmiş zəng edib.

Makronla isə Ermənistan-Azərbaycan sərhədindəki durum müzakirə olunub. N.Paşinyan durumun son dərəcə gərgin olduğunu söyləyib. E.Makron dialoq və sülhü təmin etməyə hazır olduğunu xatırladıb.