Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan gecə telefondan əl çəkməyib: Makron və Blinkenə zəng edib

Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makronla arasında telefon danışığı baş tutub.

Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona ətraflı məlumat verib.

Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

***

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə də telefon danışığı aparıb.

Bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

***

Eyni zamanda, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Qeyd olunub ki, erməni nazir rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.