Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Brüsselə niyə “böyük dəstə” ilə gedib?

Xəbər verdiyimiz kimi, dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

“Hraparak” qəzetinin məlumatına görə, Paşinyan Brüsselə çox sayda cangüdənlə gedib.

Bildirilir ki, N.Paşinyanı adətən bu cür səfərlərdə Dövlət Təhlükəsizlik Xidmətinin 3-4 əməkdaşı müşayiət edir. Bu dəfə isə bu say 3 dəfə artırılıb. Belə ki, Ermənistan hökumətinin rəhbərini 10-dan çox əməkdaş müşayiət edib.

“Görəsən, Paşinyanın bu cür böyük dəstəni özü ilə Brüsselə aparmasının səbəbi öz həyatı üçün artan qorxusudur? Ola bilsin ki, o, başqa ölkədə ona qarşı sui-qəsd təşkil edilməsindən ehtiyat edir. Bizə bunun belə olmadığını dedilər. Bunun səbəbi Paşinyanın Brüsseldəki erməni icmasının etiraz aksiyaları təşkil etməsindən ehtiyat etməsidir”, - deyə məlumatda qeyd olunub.