Paşinyan: Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var
11 Sentyabr 2025
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.
Bu barədə xarici KİV xəbər verir.
"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.
N.Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb.
"Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var", - o bildirib.