Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Azərbaycanla tarixi münaqişəyə görə xalqdan üzr istəyib

Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, sələfləri kimi o da  qonşu ölkələrlə davam edən münaqişəni əbədiləşdirərək milləti yanıldıb və buna görə erməni xalqından açıq şəkildə üzr istəyib. Paşinyan Facebook yazısında ərazi fəthinə yönəlmiş əvvəlki siyasət ilə "əsl Ermənistan" baxışı arasında fərqi ortaya qoyub. Onun sözlərinə görə, "əsl Ermənistan" 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra başlayıb.

"Xalqımız əsl Ermənistanın xeyrinə öz seçimini çoxdan edib", - Paşinyan yazıb və izah edib ki, ölkənin gələcəyi onun vətəndaşlarının rifahını beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təmin etməkdən ibarət olmalıdır, geniş ərazisi olan"Tarixi Ermənistan" idealına can atmaqdan ibarət olmamalıdır.

Baş nazir etiraf edib ki, keçmiş liderlər əhalini münaqişənin "tarixi tsikli"nə sürükləyibləri və o bunun davam etdirilməsindəki roluna görə məsuliyyət daşıyıb. "Müxtəlif dövrlərdə hökmranlıq edən bizlər dinləmədik [xalqı], mahiyyətcə xalqımızı "tarixi tsikl"də yaşamağa məcbur etdik.  Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən öz tərəfimdən üzr istəyirəm".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Paşinyanın bəyanatını dəstəkləyib. Sentyabrın 16-da Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Lakin Bakı bildirir ki, istənilən sülh sazişi Ermənistanın öz konstitusiyasından antiazərbaycan müddəalarını çıxarmasından asılıdır.