Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: “Azərbaycanla sərhədin açılmasında maraqlıyıq”

“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.

Eyni zamanda hökumət başçısı Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib: “Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb”.

Paşinyan Türkiyə ilə münasibətlərdən də danışıb: "Türkiyə ilə danışıqlar başlayıb. Rusiyanın dəstəyi ilə Türkiyə ilə münasibətlərin normallaşmasına ümid edirik".