Paşinyan Azərbaycanla razılaşmadan danışıb: "13 maddə və ön söz razılaşdırılıb"
10 Sentyabr 2024
Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb.
Ermənistan KİV-i xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.
Baş nazir hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.
O qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.
"Yaxın vaxtlarda sülh və münasibətlərin qurulması ilə bağlı razılaşdırılmış sənədi imzalamağa hazır olduğumu təsdiq edirəm", - o vurğulayıb.