Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Korneliusun sözlərinə görə, liderlər həm Almaniya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin, həm də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.