Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan 105 erməni hərbçinin öldüyünü etiraf etdi, deputat "200 ölüb" dedi

Ermənistanın baş naziri Nikol Paşinyan itkilərinin bir qismini etiraf edib.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

O parlamentin iclasında bildirib ki, sentyabrın 12-dən etibarən Azərbaycanla sərhəddə davam edən gərginlik zamanı Ermənistanın 105 hərbçisi ölüb.

Paşinyan onu da vurğulayıb ki, itkilər barədə rəqəm son deyil bə artacaq.

"Hayastan" fraksiyasının deputatı Vahe Hakopyan parlamentin iclasında deyib ki, Ermənistan ordusunun məhv edilən hərbi qulluqçularının sayı 200-ü keçib.