Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinan Fransaya uçdu: Makronla "vacib" görüşü var - FOTO

Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərə yollanıb.

Bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Bu gün axşam Yelisey sarayında Paşinyanla Fransa Prezidenti Emmanuel Makronun görüşü gözlənilir.

Paşinyan özü də sosial şəbəkə hesabında Makronla görüş üçün Fransaya getdiyini təsdiqləyib və "vacib" görüş olacağını bildirib.



Qeyd edək ki, tərəflər daha əvvəl 13 və 16 sentyabr tarixlərində telefon danışıqları aparıb.