Partlayışın gücündən 17-ci mərtəbədəki bütün mənzillər dağılıb
02 Yanvar 2023
"Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın təsirindən 17-ci mərtəbədə yerləşən bütün mənzillər tamamilə dağılıb".
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, partlayışa səbəb ola biləcək əsas amil qaz amilidir. Partlayışın dəqiq səbəbləri, hadisənin hansı mənzildə baş verməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “17-ci mərtəbədə 6 mənzil yerləşir. Onların hamısı deformasiyaya uğrayıb, dağılıb. Həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı, liftlərin qapıları, təxliyyə yollarında divarlarda çatlar əmələ gəlib. Hazırda həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır”.
Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər həlak olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayışda həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.
Qeyd edək ki, hadisə onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.