Logo
news content
User
Kateqoriyalar

Xəbər

Partlayişa görə cinayət işi başlanıb: İlkin ehtimal var

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-…) maddələri ilə cinayət işi başlanılıb.

Açıqlamaya görə, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub: "Hazırda araşdırma aparılır".

Bu açıqlamaya, hələlik, gecə klubunun rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Bu partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.

Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda qeyd edildiyinə görə, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Açıqlamaya görə, reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir.

"Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir".