Logo
news content
User
Kateqoriyalar

Xəbər

Partlayış baş verən gecə klubunda propan qaz balonlarından istifadə olunub - RƏSMİ

“Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub”.





Bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.