Parlament seçkilərində iştirak üçün 1000-dən çox adam namizədliyini irəli sürüb
22 İyul 2024
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib, onlardan 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bu barədə iyulun 22-də Mərkəzi Secki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 1000 məntəqədə veb-kamera quraşdırılıb və həmin kameralar vasitəsilə seçki günü bütün seçki prosesini izləmək mümkün olacaq.
Ümumilikdə səsvermə 125 seçki məntəqəsində təxminən 6400 seçki dairəsində keçiriləcək.