Logo
news content
User
Kateqoriyalar

Xəbər

Papa Ukraynaya gözlənilən səfərindən danışdı

Papa Fransisk Kiyevə səfər etməyi düşündüyünü açıqlayıb.

Bu barədə şənbə günü Amerikanın “NBC NEWS” televiziyasının jurnalisti Klaudio Lavanqa “Twitter” hesabında yazıb.

“Maltaya gedən Papa Fransiskdən yolüstü Kiyevə səfər etməyi düşünüb-düşünmədiyini soruşdum. O, belə cavab verdi: "Bəli, bununla bağlı təklif masanın üstündədir”, - deyə jurnalist vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl pontifik son həftələrdə Ukrayna paytaxtına səfərlə bağlı dəvət məktubları aldığını bildirmişdi. Şəhər meri Vitali Kliçkodan da Papaya dəvət məktubu göndərilib.