Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistanın Nazirlər Kabineti buraxıldı

Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.

Bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib “Twitter” səhifəsində məlumat verib.

Pakistan Prezidenti Arif Alvi eyni zamanda Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı da (parlamentin aşağı palatası) buraxıb.

Xatırladaq ki, Pakistan Baş naziri İmran Xan ölkə prezidentini parlamenti buraxmağa və yeni seçkilər elan etməyə çağırıb.

İmran Xan bunu müxalifətin xarici maliyyənin dəstəyi ilə onu devirmək cəhdləri ilə əlaqələndirib.

İmran Xan xüsusilə də ABŞ-ı hazırkı proseslərin arxasında durmaqda ittiham edib.

Müxalifət siyasətçilər və ABŞ tərəfi dərhal reaksiya verərək, ittihamları rədd ediblər.

Qeyd edək ki, Pakistan parlamentində İmran Xan hökumətinə etimadsızlıq səsverməsi keçirilməli idi, lakin parlamentin vitse-spikerinin səsvermənin konstitusiyaya zidd olduğunu əsas gətirərək bloklaması nəticəsində bu baş tutmayıb.